Evində narkotik və silah gizlədən şəxs saxlanılıb - Foto
Tarix: 27-01-2022 09:34 | Bölmə: Xəbərlər
Evində narkotik və silah gizlədən şəxs saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı evində narkotik vasitə və odlu silah gizlədən şəxs saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı narkotik vasitə daşımaqda və gizlətməkdə şübhəli bilinən rayon sakini Elmir Yaqublu saxlanılıb. Saxlanılan şəxsin yaşadığı ünvana baxış keçirilərkən oradan sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də qanunsuz olaraq saxladığı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}