Ölkəmizdə COVID-19-a 469 yeni yoluxma var
Tarix: 07-08-2022 18:32 | Bölmə: Xəbərlər
Ölkəmizdə COVID-19-a 469 yeni yoluxma var

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 469 yeni yoluxma faktı qeydə alınıb, 422 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 801 939 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 789 034 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, aktiv xəstə sayı 3 145 nəfərdir.

Ölkədə son sutka ərzində 3 603, hazırkı dövrədək isə 7 069 761 test aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}