17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
“Tarixiləşən yaddaşımız” adlı tədbir keçirilib - Fotolar
Tarix: 19-01-2019 00:41 | Bölmə: Mədəniyyət / Xəbərlər
“Tarixiləşən yaddaşımız” adlı tədbir keçirilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin “20 yanvar faciəsinin 29–cu ilinin keçirilməsi haqqında” Sərəncamına əsasən Azərbaycan İstiqlal Muzeyinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə Muzey Mərkəzində “Tarixiləşən yaddaşımız” adlı tədbir keçirilib.

Reyting.az
Mədəniyyət Nazirliyinə istinadla xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Vaqif Abışov, 20 yanvar şəhidi Ülvi Bünyadzadənin bibisi Almaz (Ülvi) Binnətova, 20 yanvar şəhidi Sadıqov Yusifin bacısı Səyalı Sadıqova çıxış ediblər.

Tədbirdə şəhid ailələri, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyanın əsgərləri, Dövlət Dəniz Akademiyasının tələbələri, muzeylərin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Tədbirin bədii hissəsində Təhsil Nazirliyinin nəznində fəaliyyət göstərən Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin dərnək üzvləri və gənc musiqiçilər “20 yanvar şəhidlərinin xatirəsinə ithaf” konsert proqramı ilə çıxış ediblər.

Eyni zamanda tədbir çərçivəsində İstiqlal Muzeyinin fondlarında saxlanılan 30-dan artıq 20 yanvar faciəsini əks etdirən fotoşəkillər və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

“Tarixiləşən yaddaşımız” adlı tədbir keçirilib“Tarixiləşən yaddaşımız” adlı tədbir keçirilib“Tarixiləşən yaddaşımız” adlı tədbir keçirilib“Tarixiləşən yaddaşımız” adlı tədbir keçirilib
“Tarixiləşən yaddaşımız” adlı tədbir keçirilib




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}