PKK/YPG atəşkəsi 10 dəfədən çox pozub
Tarix: 09-10-2025 18:19 | Bölmə: Dünya
PKK/YPG atəşkəsi 10 dəfədən çox pozub

Terror təşkilatı PKK/YPG son 48 saatda atəşkəs rejimini 10 dəfədən çox pozub.

Reyting.az
xəbər verir ki, Suriyada SDQ adından istifadə edən PKK/YPG-nin Hələbin şərqindəki Tişrin bəndi ətrafındakı Suriya ordusunun mövqelərinə təşkil etdiyi hücumlarda bir əsgər şəhid olub.

Suriya Müdafiə Nazirliyi bildirir ki, hücum zamanı daha iki əsgər yaralanıb.

Terror təşkilatı son 48 saat ərzində Hələbin şərqində Suriya ordusunun çoxsaylı mövqelərini hədəfə alıb.

PKK/YPG-nin bütün cəbhə xətlərini möhkəmləndirməyə davam etdiyi, Hələb şəhərində ordu və təhlükəsizlik qüvvələrini hədəf alan təxribat xarakterli telefon zənglərinin aşkarlandığı bildirilir.

Oktyabrın 6-da Şeyx Məqsud və Əşrəfiyyə bölgələrində Suriya Demokratik Qüvvələri (SDQ) adından istifadə edən PKK/YPG ilə Dəməşqin hökumət qüvvələri arasında şiddətli toqquşmalar baş verib, ikisi mülki olmaqla 3 nəfər həlak olub.

Toqquşmalardan sonra Suriya Müdafiə Nazirliyi oktyabrın 7-də SDQ adından istifadə edən PKK/YPG ilə ölkənin şimal və şimal-şərqində hərtərəfli atəşkəs barədə razılığına gəlib.

V. QULİYEV






Bölməyə aid digər xəbərlər