Rusiyanın mühüm infrastrukturuna zərbələr endirilib
Tarix: 09-10-2025 14:30 | Bölmə: Dünya
Rusiyanın mühüm infrastrukturuna zərbələr endirilib

Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının Volqoqrad vilayətində Korobkovski Qaz Emalı Zavodu və Yefimovka xətti istehsalat idarəetmə stansiyasına zərbələr endirib.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Baş Qərargahın məlumatına görə, Korobkovski Qaz Emalı Zavodu (Kotovo, Volqoqrad vilayəti) layihə gücü 450 milyon kubmetr olan Rusiyanın cənubunda təbii qazın və səmt neftinin ilkin emalı üzrə ən böyük zavodlardan biridir.

Qeyd edilir ki, Efimovka Xətti İstismar Dispetçer Stansiyası Efimovka, Volqoqrad vilayəti regionda ildə 50 milyon ton ötürmə qabiliyyətinə malik bir neçə əsas neft və neft məhsullarının nəqli xətlərinə xidmət göstərir.

“Hər iki obyektdə partlayışlar və yanğın qeydə alınıb, dəymiş ziyanın nəticələri barədə məlumatlar dəqiqləşdirilir. Ukrayna Müdafiə Qüvvələri Ukraynaya qarşı silahlı təcavüzə son qoymaq üçün ardıcıl olaraq Rusiya Federasiyasının hərbi və iqtisadi potensialının zəiflədilməsinə yönəlmiş tədbirlər həyata keçirir”,- Baş Qərargah bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər