İsrail Qəzzaya yardım aparan gəmidəki iki azərbaycanlını saxlayıb
Tarix: 09-10-2025 21:50 | Bölmə: Slayd
İsrail Qəzzaya yardım aparan gəmidəki iki azərbaycanlını saxlayıb

Dünən Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan Azərbaycan vətəndaşlarının Türkiyəyə geri qayıtması nəzərdə tutulur.


Bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, saxlanılan şəxslər arasında olan 2 nəfər Azərbaycan vətəndaşı - Pərvin Əzimov və Orxan Səmədzadə gəmi ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar.

"İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur" - XİN rəsmisi bildirib(Report)




Bölməyə aid digər xəbərlər