Kiyevdə müharibəyə qarşı daimi sığınacaqlar tikilir
Tarix: 09-10-2025 16:53 | Bölmə: Dünya
Kiyevdə müharibəyə qarşı daimi sığınacaqlar tikilir

Ukraynada sığınacaqların tikintisinə start verilib. İlk iki sığınacaq Kiyevin Obolon rayonunda inşa olunub.

Reyting.az
xəbər verir ki, bunu Obolon rayon dövlət administrasiyasının rəhbəri Kirilo Fesik deyib.

Onun sözlərinə görə, bunlar müvəqqəti deyil, daimi strukturlardır və uzunmüddətli yaşayış üçün nəzərdə tutulur.

“Hazırda şəhərdə əsas problem müstəqil sığınacaqların tikintisidir. Sadəcə, sənədləşmə işlərinin hazırlanması doqquz ay çəkir. Bu, hüquqi və tikinti baxımından olduqca mürəkkəbdir. Bu, İsraildə etdikləri kimi, təhlükəsiz məkanı genişləndirmək üçün normal strategiyadır”,- Fesik bildirib.

Fesik əlavə edib ki, səyyar kiçik sığınacaqlar da tikilir. Bunlar, digər atəş zamanı qorumanı təmin edə bilər. Bu sığınacaqlar yeraltı sığınacaqların olmadığı yerlərdə quraşdırılacaq və onlar eyni vaxtda 25-50 nəfəri qəbul edə biləcəklər.

Qeyd edək ki, Kiyevdə sığınacaqların tikilməsi deməyə əsas verir ki, Rusiya-Ukrayna müharibəsi hələ uzun müddət davam edəcək.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər