Baş nazir teatrlarla bağlı qərarı təsdiqlədi
Tarix: 01-05-2019 08:59 | Bölmə: Mədəniyyət / Xəbərlər
Baş nazir teatrlarla bağlı qərarı təsdiqlədi

Nazirlər Kabineti Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında qərarı təsdiq edib.

Bu barədə qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.

"Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilsin. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etsin", - deyə sənəddə qeyd olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər