Sədr Kinematoqrafçılar İttifaqından istefaların səbəbini bilmir
Tarix: 14-08-2019 15:09 | Bölmə: Mədəniyyət
Sədr Kinematoqrafçılar İttifaqından istefaların səbəbini bilmir

“İttifaqdan istefalarla bağlı xəbərim var, lakin səbəbini bilmirəm”.

Bunu Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova deyib.

Sədr bildirib ki, İttifaqdan istefaların səbəbi yaxın vaxtlarda dəqiq bilinəcək.

Qeyd edək ki, mətbuatda qurumun üç üzvünün - rejissor Yusif Quliyevin, prodüserlər Yalçın Verdiyev və Elşad Allahverdiyevin üzvlükdən azad olunmaq haqda müraciət etməsi xəbəri yayılıb.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}