Muğam dünyasına növbəti səyahət olacaq - Foto
Tarix: 23-08-2019 15:56 | Bölmə: Mədəniyyət
Muğam dünyasına növbəti səyahət olacaq

Avqustun 25-də “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert olacaq.

Reyting.az
-ın məlumatına görə, Buzovna qəsəbəsi Ruhulla Axundov adına Mədəniyyət Evində baş tutacaq tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Qeyd edək ki, iyul ayından başlanan layihə ilin sonunadək davam edəcək. Muğamsevərlər tanınmış xanəndələrin ifasında UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib, dərin fəlsəfi aləmi ilə insanları düşündürən muğamları, xalq mahnı və təsnifləri, dəraməndləri, rəngləri dinləyəcəklər. 26 avqust - Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü ərəfəsində təşkil ediləcək konsertə Xəzər rayonunun bütün sakinləri dəvətlidir.

Layihənin növbəti konsert proqramı 18 sentyabr Milli Musiqi günündə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayonu Q. Abbasov adına Mədəniyyət Sarayında keçiriləcək.

Muğam dünyasına növbəti səyahət olacaq




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}