07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Fırıldaqçılar tanınmış meyxanaçının 125 min manatını ələ keçiriblər
Tarix: 28-10-2019 15:53 | Bölmə: Mədəniyyət
Fırıldaqçılar tanınmış meyxanaçının 125 min manatını  ələ keçiriblər

Meyxanaçı Vüqar Əbdülov arzuolunmaz hadisə ilə üzləşib.

Bu barədə “Ən yaxşısı” verilişində aktyor Elcan Rəsulov məlumat verib.

O bildirib ki, V. Əbdülovun bir neçə müddət öncə 125 min manata aldığı iaşə obyekti başqa üç nəfərə də satılıb.

İfaçı həmin obyektə gələndə orada böyük marketlər şəbəkəsindən birinin mağazasının olduğunu görüb:

“Oranı işlədənlər bildiriblər ki, obyekt kirayə götürülüb, sahibi başqa adamdır. Məlum olub ki, Vüqar həmin məkanı alan üçüncü adamdır”.

Yenisabah




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}