Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Tarix: 29-09-2016 12:55 | Bölmə: Mədəniyyət / Xəbərlər

Azərbaycan Dövlət Musiqili Teatrında tamaşaçıların böyük sevgi və rəğbətini qazanmış Əli Səmədlinin "Toya bir gün qalmış” iki hissəli komediyası nümayiş olunacaq.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, səhnə əsərinin növbəti nümayişi həftəsonu - 30 sentyabr tarixində saat 19.00-da baş tutacaq.
Teatrın aktrisası, Xalq artisti, "Şöhrət” ordenli, milyonlarla tamaşaçının sevimlisi Afaq Bəşirqızı səhhəti ilə əlaqədar yaranmış uzun fasilədən sonra növbəti dəfə səhnəyə çıxacaq. Bundan öncə isə o, 107-ci mövsümün açılış günü – dahi Üzeyir Hacıbəylinin məşhur "O olmasın, bu olsun” komediyasında tamaşaçıların görüşünə gəlmişdi.
Qeyd edək ki, A.Bəşirqızı günümüzün reallıqlarına güzgü tutan, gülməli olduğu qədər də kədər doğuran "Toya bir gün qalmış” tamaşasında baş qəhrəmanı – Qadın obrazını canlandırır.
Tamaşanın quruluşçu-rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, rejissor assisenti Tamilla Aslanovadır.
Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Məhərrəm Qurbanov, Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Hüseyn Əlili, Fərid Rzayev və başqaları ifa edirlər. Gözlənilməz, sürpriz dolu hadisələrlə zəngin olan bu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası, Xalq artisti Ənvər Sadıqov ifa edir. O, həm də tamaşanın musiqi rəhbəridir.
Qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

Reyting.az
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər