Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Tarix: 22-11-2016 14:52 | Bölmə: Mədəniyyət / Xəbərlər

Mərhum Aşıq Xanların oğlu Aşıq Azər Xanlaroğlu uzun zamandır ağır xəstəlikdən əziyyət çəkir. "Hepatit B"-dən müalicə olunan aşığın qara ciyəri dəyişməlidir. 6 aydır ki, müalicə olunan sənətçi ilə bağlı həkimlər son qərarlarını verməyə hazırlaşırlar.
Aşıq Azər Xanlaroğlu "Reytinq"ədeyib ki, səhhəti yaxşıdır, müalicəsini evdə davam edirir:
- Amma son günlər müalicəm həkimlərin rəyi ilə dayandırılıb. Həkimlər deyirlər ki, bir neçə günə əməliyyatla bağlı qərar verəcəklər.
Əməliyyat Mərkəzi Neftçilər Xəstəxanasında baş tutacaq. Əgər müalicə yaxşı getsə, bəlkə əməliyyat da olmadı.
- Bu müddət ərzində nə qədər arıqlamısınız?
- 42 kiloqram çəki itirdim. Həkimlər əməliyyatla bağlı dieta müəyyənləşdirdilər. Bu çəki hardasa 7-8 aya başa gəldi. Arıqlamasaydım əməliyyat çətin olardı. Donorum da yanımdadır. Mənimlə birlikdə müalicə olunub, dietaya oturub.
- Sizə kimlər baş çəkir?
- Gəlirlər. Amma mən evdə oturmuram ki... Hərdən tədbirlərə gedirəm. Qonaq-qara qarşılayıram. Özüm maşın sürürəm.
Mənə dəstək olan çoxdur. "Qadan alım, başına dönüm",- deyənlərin sayı bəlkə də bir milyondur. Maliyyə cəhətdən isə bir söz eşitməmişəm. "Tez sağal",- deyənlərin sayı milyonu keçsə də, kimsədən maddi dəstək görmədim.
Aşıqlar Birliyindən də gələnlərin sayı çoxdur. Sədr Məhərrəm Qasımlı da bir dəfə yanıma gəlib. İndi tədbirləri var, başı qarışıqdır. Həm də ağsaqqal adamdır. Artıq onu sağa-sola çəkmək olmaz.
Millət vəkili Qənirə Paşayeva da gəlir. Nə yaxşı ki Qənirə xanım var. Gör nə qədər adamlara dəstək olur...
- Tədbirlərə dəvət alırsınız?
- Əlbəttə. Xəzər Televiziyasına tez-tez dəvət alıram. Hara dəvət etsələr, gedirəm. Evdə darıxıram. Dörd divar adamı sıxır.
- Ayağınızda da problem olduğu deyilir...
- Mənimən böyük problemim ayaqlarımdadır. Bu xəstəlik xəstəxanalarda aldığım səhv müalicə nəticəsində yaranıb. Ayağım çox pis haldadır. Şişdi, yeriyəbilmirəm. Müalicəni dayandırmışam. Həkimlər dedi ki, müayinədən keç. Mən də Türkiyədə müayinə olundum. Dedilər ki, sənin ayaqların sağalan deyil. Beləcə, həkimlər məni xəstə etdi.
- Müalicə xərcinizi kim ödəyir?
- Özümüz. Çox çətindir. Amma geriyə yol yoxdur. Bu zəmanədə o qədər pul gedir... Qazanc da yoxdur.
Yaxşı dostlarım var. Amma bu dostlar görüşmək üçündür. Görüşüb çay içib, dərdləşmək, başını qatmaq üçün yaxşı dostlar var.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər