Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Tarix: 11-01-2017 14:11 | Bölmə: Mədəniyyət / Xəbərlər

25-27 yanvar tarixlərində İCOM Azərbaycan Milli Komitəsi, Azərbaycan Xalça Muzeyi, İCOM Gürcüstan Milli Komitəsi və P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə "Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar keçiriləcək.
Xalça Muzeyindən Reyting.az-a verilən məlumata görə, seminarda aşağıda göstərilən məsələlər müzakirə olunacaq:
- Zərgərlik nümunələrinin muzey fondlarında saxlanılması və təhlükəsizliyi;
- Zərgərlik nümunələrinin bərpa və konservasiyası;
- Müasir zərgərlərin muzeylərlə əməkdaşlığı;
- Ənənəvi və müasir üslublarda hazırlanan zərgərlik nümunələrinin muzeylər tərəfindən satın alınması;
- Zərgərlik kolleksiyaları üzrə kuratorluq işi;
- İctimai proseslərlə sıx bağlı olan yeni düşüncə tərzinin səviyyəsini müəyyənləşdirən marketinqlə bağlı məsələlər.
Məlumatda qeyd edilir ki, seminarda Azərbaycan, Gürcüstan və Rusiyadan zərgərlik kolleksiyaların kuratorları, zərgərlər, zərgərlik üzrə dizaynerlər, qiymətli metal və daşlar üzrə rəssamlar, müasir zərgərlik brendlərinin nümayəndələri, bərpaçılar, konservatorlar, muzeyin təhlükəsizlik xidməti nümayəndələri və marketinq menecerləri iştirak edəcəklər.
İştirakçılar seminar ərzində Azərbaycan Xalça Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyinin zərgərlik fondlarını, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzini, "Rəsm” milli zərgərlik brendinin mağazasını ziyarət edəcəklər.
Seminar ərzində 25-27 yanvar, saat 17:30-da Azərbaycan Xalça Muzeyində zərgərlik nümunələrinin sərgi-satış yarmarkası planlaşdırılır.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər