16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Karantin rejimini pozan əməkdar artist saxlanılıb?
Tarix: 27-08-2020 15:41 | Bölmə: Mədəniyyət
Karantin rejimini pozan əməkdar artist saxlanılıb?

Əməkdar artist, muğam ustası Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə Bakı-Şamaxı yolundakı Pirəkəşkül postunda baş verib.

Belə ki, əməkdar artist Şamaxıya getmək istəyərkən, sözügedən postda polis əməkdaşları tərəfindən saxlanılıb. Ona postu keçməyə icazəsi olmadığı bildirilsə də, xanım müğənni etiraz etməyə başlayıb.

Bundan sonra o, karantin qaydalarına əməl etməməsi səbəbindən polis bölməsinə aparılıb/Miq.Az

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən xanəndənin köməkçisi Şahin Nuriyev yayılan xəbəri təkzib edib.

O, E.Abdullayevanın polis tərəfindən saxlqanılmadığını, yayılan xəbərlərin yalan olduğunu deyib:

“Yayılan xəbərlər yanlışdır. Polis saxlamayıb bizi, boş söhbətdir. Biz Şamaxının özündəyik, bu nə xəbərlərdir yayılıb, anlamadıq. Biz onsuz da Şamaxıdayıq, posil bizi necə saxlaya bilər?”.

Qeyd edək ki, Əməkdar artistin Şamaxıya getmək istəyərkən, postda polis əməkdaşları tərəfindən saxlanıldığı, ona postu keçməyə icazəsi olmadığı bildirilsə də, xanım müğənninin etiraz etməyə başladığı deyilirdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}