Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Tarix: 25-01-2017 11:26 | Bölmə: Mədəniyyət / Xəbərlər

Macarıstan Respublikasının ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri cənab İmre Laslotski Azərbaycan Dövlət Musiqili Teatrında olub.
Dövlət Musiqili Teatrının Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Reyting.az-a bildirib ki, mötəbər qonağı teatrın direktoru Əliqismət Lalayev qəbul edib.
Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə edilib.
Görüş zamanı qarşılıqlı ikitərəfli mədəni əlaqələrin daha da genişləndirilməsi üçün yaradıcılıq mübadiləsi ilə bağlı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib. Söhbət zamanı iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor, rəssam, baletmeyster və aktyorların müvafiq olaraq Azərbaycana və Macarıstana dəvət edilərək səhnə əsərlərinə quruluş verilməsi ilə yanaşı, qarşılıqlı səfər və qastrolların təşkili məsələlərinə toxunulub. "Biz çağdaş dünya teatrlarında gedən bütün prosesləri diqqətlə izləyir, bu ümumi prosesə öz töhfələrimizi verməyə çalışırıq. Bu yaxınlarda teatrımızda böyük macar bəstəkarı, bir sıra məşhur operettaların müəllifi İmre Kalmanın "Silva” operettasının premyerası oldu. Səfirliyinizin əməkdaşlarının da iştirak etdiyi bu premyera anşlaqla keçdi və tamaşaçıların böyük çoşqusuna səbəb oldu. Qeyd edim ki, buna qədər də İmre Kalmanın bir neçə əsəri teatrımızda uğurla səhnələşdirilib. 5 aprel 2015-ci il tarixində Budapeşt Operetta Teatrının Qala konserti məhz bizim teatrda keçirilmişdi. O konserti hələ də xoş təəssüratlarla xatırlayırıq. İnanırıq ki, dövlətlərimiz və xalqlarımız arasındakı mədəni əlaqələr bundan sonra daha da inkişaf edəcək”, - deyə Əliqismət Lalayev söhbət zamanı bildirib.
Cənab İmre Laslotski Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Ə.Lalayevə səmimi söhbətə və qəbula görə təşəkkür edib. "Teatrınızın əzəmətli görkəmi var. Elə ilk baxışdan hiss olunur ki, burada yaradılmış şərait və peşəkar yaradıcı münasibət çox yüksək səviyyədədir. Əminəm ki, Macarıstan-Azərbaycan qarşılıqlı mədəni əlaqələri xalqlarımızın yaxınlaşmasında və bu əlaqələrin inkişafında çox mühüm rol oynayacaq. Düşünürəm ki, qarşılıqlı olaraq mədəni-kütləvi tədbirlər tez-tez keçirilməlidir”, - deyə Macarıstan Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri İ.Laslotski söyləyib.
Sonda bu qəbildən görüşlərin və qarşılıqlı əməkdaşlığın xalqlarımız arasındakı mədəni əlaqələrin və münasibətlərin inkişafında xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb və bu cür görüşlərin müntəzəm keçirilməsinin vacibliyi qeyd olunub.

Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər