Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Tarix: 17-02-2016 16:01 | Bölmə: Mədəniyyət / Xəbərlər

Azərbaycanın xalq artisti, tanınmış kinorejissor və kinodramaturq, əməkdar incəsənət xadimi Tofiq İsmayılovun vəziyyəti ağırdır. Kinorejissorun səhhətində yaxşılığa doğru heç bir irəliləyiş yoxdur.
Reyting.az-ın məlumatına görə, bu barədə "Report"a Tofiq İsmayılovun həyat yoldaşı Səidə İsmayılova bildirib.
"Tofiq 12 gün reanimasiyada qaldı. Hazırda intensiv terapiya şöbəsinə köçürülüb. Amma vəziyyəti ağırdır. Qaraciyərində olan xəstəlik onun vəziyyətini günü-gündən pisləşdirir. Bilirsiz, mənə təsir edən odur ki, Tofiqin vəziyyəti ilə heç kim maraqlanmır. Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik. Bir xəbər yoxdur. Elə bil Azərbaycan mədəniyyətində, Azərbaycan kinosunda belə bir adam olmayıb. Tofiq ömrünün 55 ilini Azərbaycan mədəniyyətinə, kinosuna həsr edib. Uzun illər Türkiyədə çalışıb. Türkiyədə olanda da Azərbaycanın adını yüksəkdə saxlayıb. İndi ona qarşı belə biganəliyi görüb, təəssüf edirəm", - S.İsmayılova əlavə edib.
Qeyd edək ki, Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakı şəhərində anadan olub. 1962-68-ci illərdə M.A.Əliyev adınaTeatr İnstitutunun aktyorluq fakültəsində sonra rejissorluq fakültəsində təhsilini davam etdirib. Moskvada kinorejissor və kinossenaristlərin ikillik ali kurslarında təhsil alıb. "Azərbaycanfllm" kinostudiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində çalışıb.
1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor olaraq çalışıb. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub.
"Sənətkarlığımızın portreti" bədii-sənədli filmləri silsiləsindən Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə, Müslüm Maqomayev haqqında filmlər çəkib.
""Gilas ağacı”, , "Sürəyya", "Bizim küçənin oğlanları”, "Oxuyur Müslüm Maqomayev" , "Yay gününün xəzan yarpaqları", "İntizar","Çarvadarların izi ilə”, "Musiqi müəllimi” , "Mən mahnı qoşuram" və s. filmlərin müəllifidir.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər