Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Tarix: 12-06-2017 14:52 | Bölmə: Mədəniyyət / Xəbərlər

Böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, "Şöhrət” ordenli Hacıbaba Bağırovun 85 ilik yubileyi ilə əlaqədar Musiqili Teatrda silsilə tədbirlər həyata keçirilib.
"Teatrımız tərəfindən böyük sənətkarımızın 85 illiyi ilə bağlı xüsusi tədbirlər planı hazırlanmışdı. Öncə teatr və kino tariximizdə özünəməxsus yeri olan unudulmaz akrtyorumuzun məzarını ziyarət etdik. Burada kollektivimizin əməkdaşları ilə yanaşı, Hacıbaba Bağırovun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, onu sevənlər iştirak edirdi. Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, gənc aktrisa Gültac Əlili çıxışlarında mədəniyyət tariximizə adını qızıl hərflərlə yazmış Hacıbaba Bağırovun sənətinin böyüklüyündən, canlandırdığı obrazların özünəməxsusluğundan söz açaraq onunla bağlı xatirələrini bölüşdülər, böyük sənətkarın işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söylədilər. Hacıbaba Bağırov Azərbaycan kino və teatr tarixində əbədi iz qoyan şəxsiyyətlərdən biridir. Xalqımız hər zaman onun xatirəsini ehtiramla yad edir”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib.
Yubiley tədbirləri çərçivəsində daha sonra Musiqili Teatrda Hacıbaba Bağırovun yadigarı, qızı Şölə Bağırovanın rəsmlərindən ibarət təşkil olunan sərginin açılışı olub. Sərginin açılış mərasimində Musiqili Teatrın direktoru Ə. Lalayev, Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, aktyor Nadir Xasıyev və başqaları Hacıbaba Bağırovla bağlı unudulmaz məqamlardan söz açıb, onun yadigarı olan Şölə Bağırovaya atasına layiq övlad olmağı, yaradıcılıq uğurları arzulayıblar.
Tədbirin sonunda çıxış edən Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova mərhumun ailəsi adından Dövlət Musiqili Teatrının kollektivinə, Hacıbaba Bağırovun sənətini sevən hər kəsə minnətdarlığını çatdırıb. "Musiqili Teatrın rəhbərliyi hər zaman bizə diqqətlə yanaşıb. Bu gün Şölənin fərdi sərgisinin təşkil olunması da teatr rəhbərliyinin təklifi və təşkilatçılığı ilə baş tutub. Hacıbaba Bağırovun xatirəsinə, sənətinə, ailəsi olaraq hər zaman bizə göstərdiyi diqqət və qayğıya görə Əliqismət Lalayev başda olmaqla əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”,- deyə A. Bağırova söyləyib.
Sonra Şölə Bağırova ilk fərdi sərgisinin lentini kəsib.
Silsilə yubiley tədbirlərinin sonunda vaxtı ilə Hacıbaba Bağırovun Məşədi İbad obrazını canlandırdığı dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” iki hissəli musiqili komediyası nümayiş olunub. Tamaşanın nümayişindən öncə Musiqili Teatrın Ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı Hacıbaba Bağırovun həyat və yaradıcılığı haqqında çıxış edib.
Reyting.az

Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər