Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Tarix: 08-07-2017 16:08 | Bölmə: Mədəniyyət / Xəbərlər

Bir müddət bundan əvvəl Dirli Qurbani Məclisinin üzvülərindən 5 nəfər cəbhə xəttində hərbi xidmətdə olan əsgərlər üçün konsert verməyə gedərkən Kürdəmir rayonu ərazisində avtomobil qəzasına uğramışdı. Həmin qəzada bir aşıq dünyasını dəyişib, 3 nəfər isə müxtəlif xəsarətlər almışdı.
Aşıq Dərya Mərdanzadə də həmin qəzada yaralananlardan idi. O, uzun müalicədən sonra sağlamlığına qovuşub. Deyir ki, sürücü məsuliyyətsizliyinin qurbanı olublar.
Kiçik yaşlarından aşıq sənətinə böyük həvəsi olan Aşıq Dərya "Reytinq”ə bildirib ki, 8 yaşı olanda anası onu tar məktəbinə qoysa da, buna paralel olaraq muğam sənətinə yiyələnsə də, sonda aşıq sənətində qərar tutub: "Çünki sazı çox sevirəm. Ailəmin də razılığı ilə saz sənətinə yiyələndim. 13 yaşımdan aşıq sənəti ilə məşğulam. Hazırda Mədəniyyət və İncəsənət Universitetində Fəzail Miskinlinin tələbəsiyəm”.
Azərbaycan Aşıqlar Birliyinin üzvü olan Aşıq Dəryanın sözlərinə görə, Zəlimxan Yaqub Aşıqlar Birliyinin sədri olarkən yaşı Birliyə üzv olmağa çatmayıb: "Amma buna baxmayaraq, orada məni hamı tanıyırdı, el şənlikləri, tədbirlərdə iştirak edirdim. Dəfələrlə Məhərrəm Qasımlının aparıcılıq etdiyi aşıq verilişlərinə qatılmışam. Məhərrəm Qasımlı məni Aşıqlar Birliyinə üzv qəbul elədi”.
Aşıq Dəryanın fikrincə, bəzi insanlar bilərəkdən, ya bilməyərəkdən aşıq sənətinin hörmətdən düşməsində iştirakçıya çevrilirlər. O, bir müddət əvvəl iş adamının itlərinə "toy məclisi” təşkil etdirməsinə və həmin "məclis”də aşıqların iştirakına da toxunub:
"Bəziləri pul xatirinə harada gəldi oxuyurlar. Aşıq məclisə gedər. Amma o, haradan bilsin ki, getdiyi məclis kiminsə itinin "toyu”dur? Niyə aşığın it "toy”unda oxuduqlarını dilə gətirib onu müzakirə edirlər, amma madiyyata ehtiyacı olan cəmiyyətdə hansısa bir qudurmuş sahibkarın itinə "toy” etməsini demirlər?
Mən həmin "toy”da aşığı müşaiyət edən balabançı ilə əlaqə saxladım. Toy sahibi bunu alçaqlıq mənasında, yəni aşığı alçatmaq məqsədi ilə edib”.
Müsahibimizin sözlərinə görə, əslində balaban ifaçısı qəbahət iş görməyib: "Bu mənim də başıma gələ bilər. Deyərlər ki, uşağıma ad günü keçirirəm, gəlib görərəm ki, itinə, ya pişiyinə "toy” edir. Hansı aşığa desələr ki, səni it "toyu”na çağırırıq, heç bir ifaçı orada oxumaz. Mənə elə gəlir ki, belə işlər aşıq sənətini gözdən salmaq üçün edilir”.
Bəzi aşıqların aşıq sənətinə yaraşmayan hərəkətlərinə gəlincə, müsahibimiz bunun günahını cəmiyyətlə əlaqələndirib: "Günah bizim cəmiyyətdədir. Cəmiyyət deyir ki, aşıq şou göstərsin, toy havası oxusun. Dəfələrlə olub ki, aşıq oxuyanda kənardan "bu ağlaşmanı yığışdır”,- deyəirad bildiriblər. Deyiblər ki, "dappadaram lazımdır, oynayaq gedək”.
İstər aşıq, istərsə də muğam ifaçısı olsun, onlar tamaşaçının tələbinə uyğun ifa etməlidir. Şou da, it "toyu”nda oxumaq da aşığın deyil, tamaşaçının istəyidir”.
Onu da qeyd edək ki, bir vaxtlar aşıq sənətinə maraq çox azalmışdı. Bu sənət YUNESKO tərəfindən tanındandan sonra inkişaf etməyə başladı. Müsahibimiz isə deyir ki, əksər bölgələrimiz aşıqsevərdir. Məsələn, Gədəbəy, Tovuz, Qazax, Şəmkir, Şırvan zonası və başqaları: "Bu da mühitlə bağlıdır. Qarabağda da aşıq sənəti yüksək dərəcədədir. Qarabağ olmadığına görə, daha çox muğam sənəti inkişaf elədi”.
Reyting.azBölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər