16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Mədəniyyət naziri: "Zəfər Muzeyinin təxmini yeri məlumdur, hazırlıq işləri başlayıb"
Tarix: 04-03-2021 13:26 | Bölmə: Mədəniyyət
Mədəniyyət naziri: "Zəfər Muzeyinin təxmini yeri məlumdur, hazırlıq işləri başlayıb"

“Zəfər Muzeyi ilə bağlı hazırlıq işlərinə başlamışıq. Yer də təxmini məlumdur”.

Bunu Ankarada səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, məsələ ilə bağlı müzakirələr davam edir. Nazir vurğulayıb ki, Zəfər Muzeyi Azərbaycanın Qarabağ zəfərinin simvoluna çevrilməli və gənc nəsillərə bu qələbənin nə qədər ağır şəraitdə əldə edildiyini, eyni zamanda necə şərəfli olduğunu isbat etməli və göstərməlidir: “Mədəniyyət Nazirliyi olaraq bununla bağlı bir çox yerli və xarici ekspertlərlə iş görürük. Məqsədimiz bu muzeyi təkcə Azərbaycanda yox, dünyada da unikal muzeyə çevirmək və şanlı qələbəmizi, Ali Baş Komandanın rəhbərliyi və siyasi iradəsi ilə qazanılan zəfərimizi dünyaya tanıtmaqdır. Bu zəfər tək Azərbaycanın yox, bütün Türk dünyasının zəfəridir”/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}