16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Musiqili Teatr daha bir yeniliyə imza atıb - Video
Tarix: 10-03-2021 12:01 | Bölmə: Mədəniyyət
Musiqili Teatr daha bir yeniliyə imza atıb

10 Mart - Azərbaycan Milli Teatrının yaranmasının 148-ci ildönümü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bütün teatrsevərləri sehirli səhnədən deyil, sosial şəbəkələr vasitəsilə təbrik edib. Teatrın təqdim etdiyi videoçarxda bir əsr yarımlıq tarixi olan Azərbaycan teatrının tanınmış simaları ardıcıllıqla əks olunub. Bəstəkar-müğənni, Əməkdar artist Elza Seyidcahanın "Mən aktyoram" (söz: V.Əziz) mahnısının sədaları altında şərəfli və çox çətin aktyor ömrü kadrlarda sətir-sətir oxunur, səhifə-səhifə vərəqlənir, bir daha zamanın yaddaşına yenidən həkk olunur.

Kompozisiyanı Akademik Musiqili Teatrın rejissoru Samir Qulamov və teatrın operator və montajçısı Hikmət Şahverdizadə hazırlayıblar.

Reyting.az-ın məlumatına görə, layihənin ideya müəllifi, Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev teatrsevərlərin bu dəfə fərqli məkanda və fərqli formada qarşılanmasının səbəblərini belə açıqlayıb:

"Artıq bir ildir dünyanı bürüyən gözlənilməz bəla teatrlara da təsirsiz ötüşmədi. Azərbaycan Teatrı çox çətin dönəm yaşayır. Biz sevimli səhnəmizdən ayrı düşmuşük. Bütün bunlara baxmayaraq, ümidlə hər şeyin öz əvvəlki axarına düşəcəyi günləri gözləyirik. Bir ildir onlayn fəaliyyət göstəririk, həftəsonları rəsmi sosial şəbəkə hesablarımızda tamaşalarımız nümayiş olunur. Etiraf edək ki, tamaşaçılarımızdan ötrü çox darıxmışıq. Müasir texnologiyanın tələblərinə nə qədər cavab verməyə çalışsaq da, canlı ünsiyyətin, canlı sənətimizin yerini heç nə vermir. Vətən müharibəsində qazandığımız uğurlardan ilhamlanaraq qısametrajlı filmlər də çəkdik və hələ də layihələrimizi davam etdiririk”.

Ə. Lalayev deyib ki, təqdim etdikləri videorolikdə ümumilikdə Azərbaycanın teatr tarixinə nəzər salınıb.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}