18:42 / 05-09-2025
Daşkəsənin Alaxançallı kəndində sel fəsadlar törədib
18:05 / 05-09-2025
Britaniya baş nazirinin müavini istefa verib
17:49 / 05-09-2025
Astarada kütləvi zəhərlənmə olub - Yenilənib
17:32 / 05-09-2025
Azərbaycan və Macarıstan arasında yeni sənədlər imzalanıb
17:30 / 05-09-2025
Bəxtiyar Məmmədova Alay komandiri vəzifəsi həvalə olunub
17:07 / 05-09-2025
Əli Əsədov qərar imzalayıb
16:58 / 05-09-2025
Qadını maşınla vuran sürücü döyülüb
16:41 / 05-09-2025
Bakıda evlərə girən qadın saxlanııb - Video
16:11 / 05-09-2025
Atletlər Komissiyanın sədri dəyişib
15:46 / 05-09-2025
ABŞ altı ölkəni böyük təhlükə ilə üz-üzə qoyur
15:46 / 05-09-2025
Tramp: "ABŞ Rusiya və Hindistanı Çinə uduzub"
15:19 / 05-09-2025
Kreml: Ukrayna ərazisində Şimali Koreya hərbçiləri yoxdur
15:13 / 05-09-2025
"Tərtər işi": cinayət işi üzrə qərar verilib
15:09 / 05-09-2025
Kabab qonaqlığı - Hekayə
14:52 / 05-09-2025
Təqsirləndirilən şəxs: "Vardanyanın yaratdığı silahlı birləşməyə qoşulmuşam"
14:40 / 05-09-2025
Azərbaycanın üzvlüyünün bloklanması... - Rusiya da yaxından iştirak edib
13:41 / 05-09-2025
"Teleqram" üzərindən hücumlarla bağlı araşdırmanın nəticələri açıqlanıb
13:36 / 05-09-2025
Sabah hava necə olacaq? - Proqnoz
13:17 / 05-09-2025
Mask Trampın dəvətini qəbul etməyib
13:05 / 05-09-2025
Qarabağdan köçənlər Ermənistanda vətəndaşlıq alır
13:01 / 05-09-2025
Prezident yol tikintisinə 2 milyon manat ayrıb - Sərəncam
12:56 / 05-09-2025
Rusiya XİN AZAL-ın vurulan təyyarəsi ilə bağlı yalan məlumat yayıb
12:51 / 05-09-2025
İsrail ordusu Qəzzanın 40 faizini nəzarətə götürüb
12:46 / 05-09-2025
ABŞ və OPEC+ neftin qiymətlərini aşağı salır
12:37 / 05-09-2025
Füzulidə yanğın törədən şəxs tutulub
12:34 / 05-09-2025
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
12:33 / 05-09-2025
İçərişəhərdə yeni Xidmət Mərkəzi fəaliyyətə başlayıb
12:28 / 05-09-2025
Adəm Məmmədov azadlığa buraxılıb - Fotolar
12:16 / 05-09-2025
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
11:48 / 05-09-2025
ÜST direktoru Qəzza ilə bağlı çağırış edib
08:55 / 01-09-2025

18:10 / 01-09-2025

16:05 / 02-09-2025

19:51 / 02-09-2025

16:45 / 01-09-2025

19:47 / 01-09-2025

07:40 / 02-09-2025

07:23 / 01-09-2025

22:48 / 02-09-2025

13:53 / 01-09-2025

15:59 / 01-09-2025

15:28 / 02-09-2025

Azərbaycanın Xalq rəssamı vəfat edib
Tarix: 10-03-2021 13:49 | Bölmə: Mədəniyyət

Azərbaycanın Xalq rəssamı Mirnadir Zeynalov 79 yaşında dünyasını dəyişib.
Reyting.az xəbər verir ki, M. Zeynalov uzun müddət xəstə olub və bu gün səhər vəfat edib.
Qeyd edək ki, Mirnadir Mirəli oğlu Zeynalov 12 noyabr 1942-ci ildə Bakının Buzovna kəndində anadan olub. 1963-сü ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirib.
Mirnadir Zeynalov 1970-ci illərdən başlayaraq Azərbaycan boyakarlığında öz yerini tutan rəssamlar nəslinə daxildir. O, 1976-ci ildə Moskvada keçirilən ümumittifaq sərgisində SSRİ Rəssamlıq Akademiyasının diplomuna layiq görülüb. Hindistanda yaradıcılıq ezamiyyətində olan rəssamın 1985-1987-ci illərdə bu ölkəyə həsr olunmuş iki fərdi sərgisi keçirilib. Rəssamın Hindistan mövzulu əsərləri arasında “Çay kənarı”, "Hind məbədi", "Hind həyəti" və s. mənzərələri, habelə “Benqal qızı”, “Vasantanın portreti”, “Müqəddəs öküz ilə qız” və digər portretləri maraq doğurur.
Fırça ustasının əsərlərində Abşeronun sərt təbiəti, mənzərələri mühüm yer tutur. Yaradıcılığının ilk illərində realizm üslubunda, sonralar abstrakt tablolar yaratmağa başlayan rəssam realist üslubda işlədiyi zamanlarda ailə üzvlərinin və digər insanların portretlərini çəkib. Onun kompozisiyalarında kollaj və instalyasiya elementləri də aparıcı mövqeyə malikdir.
M. Zeynalov Hindistan, Şri-Lanka, İran, İraq, Misir, İtaliya, Malta və s. ölkələrə səyahət edib, xalqların qədim inancları və ənənəvi simvolları ilə tanış olub. Gördüklərini yeni yaradıcılıq üslubunda, özünəməxsus şəkildə təqdim edə bilib.
Gürcüstan, ABŞ, Almaniya, Böyük Britaniya, Türkiyə, Rusiya, Bolqarıstan və s. ölkələrdə sərgilərdə iştirak edən sənətkar bir sıra beynəlxalq incəsənət layihələrində də təmsil olunub. O, Londonda təqdimatı olan “Bakıya uçuş. Azərbaycanın müasir incəsənəti” ("Fly to Baku. Contemporary art from Azerbaijan") beynəlxalq layihəsinin fəxri iştirakçısı olub. Sənətkarın əsərlərinin də yer aldığı bu səyyar sərgi (2012-2013) Heydər Əliyev Mərkəzi (Bakı), İncəsənət Tarixi Muzeyi (Vyana, Avstriya), XXI əsr Müasir İncəsənət Muzeyi (Roma, İtaliya), “MeCollektor Room Qalereyası (Berlin, Almaniya) və s. sənət ocaqlarında nümayiş olunub.
M. Zeynalov SSRİ İncəsənət Akademiyasının diplom və medallarına layiq görülüb. Rəssam 1989-cu ildə Bakıda keçirilən “Xəzəryanı ölkələrin rəssamlarının bienallesi”ndə bürünc medalla mükafatlandırılıb, "Təsviri sənətdə nar obrazı" beynəlxalq müsabiqəsində qalib olub.
M. Zeynalovun əsərləri Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda, Rusiya Rəssamlar İttifaqında, Rusiya Mədəniyyət Nazirliyində, Rusiya Bədii Fondunda və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Onun tabloları 2013-2014-cü illərdə "Sotbis" (London) hərracına da çıxarılıb.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, "Yeni Era" Dünya Sənət Akademiyasının həqiqi üzvü olan tanınmış fırça ustası 1992-ci ildə respublikanın Əməkdar rəssamı, 2006-cı ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 2008-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Mirnadir Zeynalovun əziz xatirəsi sənətsevərlərin, həmkarlarının və doğmalarının qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin!
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:28
“Ölüm yuxusu” gürcü dilində nəşr olunub - Foto
Bu gün, 08:57
Yeni film reytinq cədvəlində yüksək səs toplayıb - Foto
Dünən, 17:18
Muzeydən 9,5 milyon avroluq eksponat oğurlanıb
Dünən, 16:38
Əməkdar artist aparıcılıq edəcək
Dünən, 13:32
Nazir Afaq Bəşirqızına ordenini təqdim edib - Foto
Dünən, 12:22
Nasistlərin oğurladığı rəsm əsəri tapılıb - Foto
3-09-2025, 17:30
"Canavarlarla rəqs edən" aktyor vəfat edib
3-09-2025, 11:58
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır
2-09-2025, 19:51
Məşhur aktyor aktrisaya cinsi təcavüzə görə həbs oluna bilər
2-09-2025, 15:11
"Kreml sehrbazı" filmi böyük maraq doğurub - Fotolar
2-09-2025, 13:15
Bakıda İƏT Mədəniyyət Festivalı keçiriləcək
2-09-2025, 12:11
Emin Rusiyada konsert verəcək
2-09-2025, 08:21
Vudi Allen Donald Trampı yeni filmə çəkmək istəyir
1-09-2025, 16:09
Bu şəxslərə 4 min manat maaş veriləcək - Siyahı
29-08-2025, 15:13
Məmmədəli Ağayev 20 milyon mənimsəmədə ittiham olunub
29-08-2025, 14:05
"Rokki" və Silvester Stallone haqqında film çəkilir
28-08-2025, 15:53
Səkinə İsmayılova: “Mən olsaydım, var-gücümlə ədaləti bərpa edərdim”
28-08-2025, 15:21
Rejissor yeni filmə görə studiyaları tənqid edib
28-08-2025, 12:01
“Muğam” müsabiqəsinin daha bir iştirakçısı narazılıq edib
27-08-2025, 18:00
Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub
26-08-2025, 17:00
Ramiz Rövşənin səhhətində problem yaranıb
26-08-2025, 11:30
Nəsiminin məzarı Azərbaycana gətirilə bilər - Fotolar
25-08-2025, 18:03
IX “Muğam” Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşib
25-08-2025, 14:37
2025-ci ilin ən gözəl aktrisalarını seçiblər - Siyahı
22-08-2025, 08:10
Amerikalı kinorejissor Vudi Allen Moskva Film Həftəsinə gələcək
21-08-2025, 11:44
Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çap olunub
21-08-2025, 08:27
Deyv Bautista ən yaxşı aktyor-güləşçidir
20-08-2025, 15:09
Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub
20-08-2025, 14:02
Dərələyəzli Molla İmranın kitabları yüz ildir qorunur - Foto
19-08-2025, 18:40
"YouTube" "Oskar" təqdimat mərasiminin yayım hüququnu alır
19-08-2025, 16:10
Şair Məmməd İsmayıl vəfat edib
19-08-2025, 15:11
Rasim Balayev: “Məndən olsa, onları güllələyərdim"
19-08-2025, 10:09
Dövlət Komitəsi: "Bu, qəbuledilməzdir"
15-08-2025, 16:03
Nəzakət Teymurova: “Deyirlər ki, Xalq artisti ləhcə ilə danışır, ürəyim belə istəyir...”
15-08-2025, 14:42
Kinostudiya filmin hüquqlarını özünə qaytarıb - Foto
14-08-2025, 18:00
Fərqanə Qasımova: "Səsinlə böyüdüm, nəfəsinlə gücləndim"
14-08-2025, 15:34
İki məşhur yeni filmin çəkilişinə hazırlaşır
14-08-2025, 14:05
Afaq Bəşirqızı: "Vallah, vaxtım yoxdur"
14-08-2025, 13:24
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib
14-08-2025, 09:41
Hollivud ulduzu daha dürüst olmaq istəyir
12-08-2025, 07:43
Yeni filmi rəqəmsal platformalara çıxaracaqlar
11-08-2025, 10:51
Xankəndidə VII Türkoloji Yay Məktəbi keçiriləcək
8-08-2025, 12:22
Bu gün Rasim Balayevin doğum günüdür
7-08-2025, 19:43
"Terminator"-un rejissoru süni intellektdən qorxur
5-08-2025, 13:54
Türkmənistanda Azərbaycan Günləri keçirilir - Fotolar