Nazir: "Yaşar Nurinin həyat yoldaşının şikayəti araşdırılır"
Tarix: 11-03-2021 11:59 | Bölmə: Mədəniyyət
Nazir: "Yaşar Nurinin həyat yoldaşının şikayəti araşdırılır"

Mədəniyyət naziri Anar Kərimov Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyevanın şikayətinə reaksiya verib.

A.Kərimov məsələ ilə bağlı maraqlanacağını bildirib.

"Bu məsələni yoxlayarıq", - nazir deyib.

Qeyd edək ki, R.Nuriyeva “Report”a açıqlamasında aktyorun dünyasını dəyişəndən sonra Mədəniyyət Nazirliyindən zəng olunmadığını bildirib:

“2012-ci ildən bu günə kimi mənim evimə zəng gəlməyib. Nə bayram günü, nə ölən günü... Məndə sual yaranır ki, 40 il həyatını mədəniyyətə qoyan insanın ailəsi ilə Mədəniyyət Nazirliyi niyə maraqlanmır. İş təkcə qərar qəbul etməkdən ibarət deyil axı. Mənəvi dəstək tamamilə başqa şeydir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}