16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ədəbiyyatı Muzeyinin əməkdaşları təltif edilib - Siyahı
Tarix: 17-03-2021 20:52 | Bölmə: Mədəniyyət
Ədəbiyyatı Muzeyinin əməkdaşları təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Reyting.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi münasibətilə Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Əlibəyli Şəfəq Ənvər qızı

“Tərəqqi” medalı ilə

Allahyarov Kamil Hüseyn oğlu

Əliyeva Fatma Oruc Kuli qızı

Səfiyeva İnarə Bahadur qızı.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi münasibətilə Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib:

Bəşirli Xatirə Bədrəddin qızı

Sadırxanov Ridvan Sultanoviç

Şamilova Kübra Əsədulla qızı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}