Nazpəri Dostəliyevanın oğlu dəfn olunub - Foto
Tarix: 23-03-2021 14:40 | Bölmə: Mədəniyyət
Nazpəri Dostəliyevanın oğlu dəfn olunub

Xəbər verdiyimiz kimi, Xalq artisti Nazpəri Dostəliyevanın oğlu Əli ötən gün dünyasını dəyişib.

Məlumata görə, infarktdan vəfat edən Əli bu gün Səngəçalda qəbiristanlıqda dəfn olunub.

Sənət dostları Dostəliyevanı ağır günündə tək qoymayıblar. Onlar arasında Xalq artisti Nürəddin Mehdixanlı, Əməkdar artist Ədalət Şükürov, müğənni İntiqam Kərimov, Manaf Ağayev, aşıq Əli Tapdıqoğlu, rejissor Nail Naiboğlu və başqaları yer alıblar.

Dostəliyeva sənət dostları ilə söhbət edərkən “Oğlum qollarımda can verdi” sözlərini deyib.

Qeyd edək ki, Əlinin iki övladı var.

Fotolar APA-ya məxsusdur:





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}