COVID-19-a yoluxan məşhur aktyorun vəziyyəti ağırlaşıb
Tarix: 23-03-2021 15:46 | Bölmə: Mədəniyyət
COVID-19-a yoluxan məşhur aktyorun vəziyyəti ağırlaşıb

Türkiyənin məşhur kino aktyoru Nuri Alço koronavirusa yoluxub.

Türkiyə mətbuatı xəbər verir ki, vəziyyəti ağırlaşan aktyor dərhal xəstəxanaya aparılıb.

69 yaşlı N.Alço bir həftədir COVID-19-la mübarizə aparır.

Aktyorun həyat yoldaşı Burcu Sezginoğlu sosial şəbəkə hesabından paylaşım edərək ona dua edilməsini xahiş edib.

Qeyd edək ki, Yeşilçam dövrünün mənfi obrazı olan Nuri Alço 40 illik yaradıcılığında 80-dən artıq kino və filmlərdə rol alıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}