07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Aşıq Ələsgərlə bağlı tədbir keçirilib
Tarix: 23-03-2021 23:29 | Bölmə: Mədəniyyət
Aşıq Ələsgərlə bağlı tədbir keçirilib

İrəvan Türk Cümhuriyyəti Aşıq Ələsgərin 200 illik yubileyi çərçivəsində onun doğum günü ilə bağlı tədbir keçirib.

Bu barədə İrəvan Türk Cümhuriyyətinin mətbuat xidmətindən Zahir Məmmədli məlumat verib.

Məlumata görə, konfransı giriş sözü ilə açan İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri professor Qafar Çaxmaqlı deyib ki, indi adına Ermənistan deyilən İrəvan Türk Cümhuriyyəti ərazisində yetişmiş bütün böyük şəxsiyyətlərin tanıdılması və bu torpaqlarda elm, sənət adamlarının, ictimai-siyasi xadimlərin xatirəsini həmişə uca tutacaq, bu torpaqlarda doğulmuş və yetişmiş insanların bəşəriyyətə verdiyi dəyərləri diqqət mərkəzinə gətirəcəkdir.

Qafar Çaxmaqlı qeyd edib ki, Aşıq Ələsgər yalnız haqq aşığı deyil, həm də Qərbi Azərbaycanın yetişdirdiyi ən böyük şəxsiyyət, mütəfəkkir, filosof olub. Onun yaratdığı məktəb doğulduğu Göyçə mahalı ilə məhdudlaşmayıb, bütün yaxın və uzaq coğrafiya Türklüyünün şeir, sənət və ilham qaynağına çevrilib.

Aşıq Ələsgərin həyatı və yaradıcılığı ilə bağlı məruzə edən Türkiyənin Hacı Bektaş Vəli Universitetinin professoru Bayram Durbilməz Aşıq Ələsgərin sənət zirvəsi və onun aşıqlıq sənətinin Türkiyə, Güney Azərbaycan və başqa bölgələrə təsirindən söz açıb və sənət özəlliklərindən bəhs edib.

Çıxışçılar Aşıq Ələsgərin böyüklüyündən söz açıb, onun düşmən tapdağında olan qəbri önündə yad ediləcəyinə inandıqlarını ifadə ediblər. Qeyd olunub ki, bu gün Şuşada alovlanan Novruz tonqalı bir gün Qərbi Azərbaycandakı əsir yurdlarımızda da alovlanacaqdır.

Tədbirin sonunda Aşıq Nemətin və onun şagirdi Aşıq Ayşənin ifasında Aşıq Ələsgərin əsərləri ifa olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}