Daha bir toy yarımçıq saxlanılıb
Tarix: 04-04-2021 11:36 | Bölmə: Mədəniyyət
Daha bir toy yarımçıq saxlanılıb

Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) Xatınlı kəndində nişan mərasiminin keçirilməi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Reyting.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}