17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
83 yaşlı aktyor “Ən yaxşı aktyor” nominasiyasını qazanıb
Tarix: 12-04-2021 07:49 | Bölmə: Mədəniyyət
83 yaşlı aktyor “Ən yaxşı aktyor” nominasiyasını qazanıb

Britaniyalı aktyor Entoni Hopkins “Ən yaxşı aktyor” nominasiyası üzrə Britaniyanın Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) mükafatını qazanıb.

“RİA Novosti” xəbər verir ki, aktyor bu mükafatı fransalı rejissor Florian Zellerin çəkdiyi və qocalıq, xəstəlik və uşaqlarla münasibətlərdən bəhs edən dram janrlı “Ata” (“The Father”, 2020) filmindəki roluna görə əldə edib.

Bu, 83 yaşlı E. Hopkinsin üçüncü “Tunc maska”sıdır. Bundan əvvəl, o, “Kölgələr ölkəsi” (“Shadowlands”, 1993) və “Quzuların səssizliyi” (“The Silence of the Lambs”, 1990) filmləri üzrə bu nüfuzlu mükafata layiq görülmüşdü.

Hopkinsin builki əsas rəqibi “Ma Reyni: blyuzun anası” (“Ma Rainey's Black Bottom”, 2020) filmində rol alan və ötən ilin avqustunda 43 yaşında xərçəng xəstəliyindən vəfat edən amerikalı Çedvik Bouzman olub. Mükafata digər namizədlər “Metalın səsi” (“Sound of Metal”, 2019) filmindəki roluna görə britaniyalı Riz Ahmed, “Ağ pələng” (“The White Tiger”, 2020) filminə görə hindistanlı Adarş Qurav, həmçinin “Sərxoş” (“Druk”, 2020) filminə görə danimarkalı Mads Mikkelsen və “Mavritaniyalı” (“The Mauritanian”, 2021) filminə görə fransız Tahar Rahim idi.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}