16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Balaşın komandası “Nə? Harada? Nə zaman?” oyunlarının finalına çıxıb
Tarix: 12-04-2021 08:44 | Bölmə: Mədəniyyət
Balaşın komandası “Nə? Harada? Nə zaman?” oyunlarının finalına çıxıb

Rusiyanın “Birinci kanal”ında yayımlanan “Nə? Harada? Nə zaman?” intellektual oyununun Yaz seriyası davam edir.

Reyting.az
xəbər verir ki, dördüncü oyunda Brilyant və Büllur “bayquş”ların sahibi Balaş Qasımovun komandası tamaşaçılarla mübarizə aparıb.

Oyun 6:4 hesabı ilə bilicilərin xeyrinə başa çatıb.

Beləliklə, B. Qasımovun komandası gələn həftə keçiriləcək Yaz seriyasının finalına yüksəlib.

Qeyd edək ki, azərbaycanlı mütəxəssisin komandasında Denis Qaliakberov, Sergey Nikolenko, Yulia Lazareva, Dmitri Avdeenko və Elman Talıbov yer alıb.(Oxu.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}