Koronavirusa yoluxan Baloğlan Əşrəfov TV-ləri günahlandırıb
Tarix: 24-04-2021 17:10 | Bölmə: Mədəniyyət
Koronavirusa yoluxan Baloğlan Əşrəfov TV-ləri günahlandırıb

Xəbər verdiyimiz kimi, Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub.

Reyting.az
xəbər verir ki, bu haqda Axşam.az-a açıqlama verən müğənni hazırda müalicəsinin davam etdiyini deyib.

O bildirib ki, tezliklə sağalacağına ümid edir:

"Başlanğıcda Covid-19-u ağır keçirdim. Səhhətimlə bağlı çoxlu probelmlərim var idi. Tənginəfəs olurdum. Hazırda müalicəm davam edir. Amma ümid edirəm ki, tezliklə yaxşılaşacam. Evdəkilərdən kimsə yoluxmayıb hələ ki... Mən də otağımda təcrid olunmuş vəziyyətdə müalicə alıram".

Sənətçi televiziya kanallarının müğənnilərin səhhətindən xəbəri olmadan efirə dəvət etməsindən də danışıb. O, məhz belə olduğu üçün yoluxanların sayının daha da artması hallarının baş verdiyini qeyd edib:

"Telekanallarda təbliğat aparmaq lazımdır. Verilişlərə müğənnilərin hamısını çağırırlar. Bilmirlər hansı xəstədir, hansı sağlamdır. Hər kəsə eyni mikrofonu verirlər. Hamı bir mikrofondan istifadə edir. Çöldə maskalı gəzirlər, amma içəridə maskasız. Ona görə də təbliğat aparmaq lazımdır. Elə müğənnilər var ki, ola bilər virusa yoluxub: ya özü bilmir, ya bilərəkdən gizlədir. Onun mikrofonundan mən də istifadə edirəm, başqası da. Nəticədə mən də yoluxuram. Buna görə də nəzarət etmək lazımdır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}