“Oskar” mükafatının təqdimetmə mərasimi keçirilib
Tarix: 26-04-2021 09:23 | Bölmə: Mədəniyyət
“Oskar” mükafatının təqdimetmə mərasimi keçirilib

ABŞ-ın Los-Anceles şəhərində Amerika kinoakademiyasının nüfuzlu mükafatı olan “Oskar” mükafatının təqdimetmə mərasimi keçirilir.

APA xəbər verir ki, mərasim “Okko” multimedia xidməti tərəfindən yayımlanıb.

Hazırda “Ən yaxşı orijinal ssenari”, “Ən yaxşı uyğunlaşdırılmış ssenari”, “Ən yaxşı xarici film” və “Ən yaxşı köməkçi aktyor” nominasiyaları üzrə qaliblər elan olunub.

Beləcə, mükafat ən yaxşı orijinal ssenari üçün “Ümidlər verən qadın” (Promising Young Woman) filminə, ən yaxşı uyğunlaşdırılmış ssenari Florian Zellerin “Ata” ( The Father) filminə təqdim olunub. Danimarka rejissoru Tomas Vintenberqin çəkdiyi “Daha bir dəfə” (Another Round) filmi ən yaxşı xarici film olaraq seçilib.

***

Los-Ancelesdə ABŞ kinoakademiyasının mükafatlarının 93-cü təqdimetmə mərasimi keçirilib.

“RİA Novosti” xəbər verir ki, “Oskar” mükafatının təqdimetməsi ABC telekanalı vasitəsilə yayımlanıb.

"İlin ən yaxşı filmi" nominasiyasına Xloi Çjao-nun “Köçərilərin diyarı” filmi layiq görülüb.

Film işsiz və evsiz qalan bir qadının avtofurqonla ABŞ-a səyahəti haqqındadır. Filmin baş qəhramanını canlandıran aktrisa Frensis Makdormand "Ən yaxşı qadın" roluna görə “Oskar”a layiq görülüb. Filmin rejissoru iln ən yaxşı rejissoru seçilib.

İlin ən yaxşı kişi roluna “Ata” filmindəki roluna görə Enton Hopkins layiq görülüb.

Ən yaxşı ssenari nominasiyası britaniyalı aktrisa və rejissor Emirald Fennelə qismət olub. O, “Ümidverici qız” filminin ssenarisinə görə bu mükafata layiq görülüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}