14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
“Səhranın bəyaz günəşi” filminin “Qara Abdulla”sı vəfat edib
Tarix: 27-04-2021 13:43 | Bölmə: Mədəniyyət
“Səhranın bəyaz günəşi” filminin “Qara Abdulla”sı vəfat edib

Gürcüstanın məşhur kino və teatr aktyoru Kaxi Kavsadze 85 yaşında vəfat edib.

Bu barədə Rustaveli Teatrından bildirilib.

K.Kavsadze ötən ilin noyabrında koronavirusa yoluxub. O, sağalandan sonra evə buraxılsa da, vəziyyəti yenidən pisləşib. Aktyor son iki həftə ərzində Tbilisinin 1 saylı Universitet Klinikasında müalicə alıb.

Gürcü aktyor kino və teatrda parlaq obrazlar yaradıb. O, məşhur “Səhranın bəyaz günəşi” filmində oynadığı Qara Abdulla rolu ilə daha çox tanınır/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}