İki mədəniyyət evinin direktoru işdən çıxarıldı
Tarix: 18-03-2016 15:31 | Bölmə: Mədəniyyət / Xəbərlər

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə yoxlamalar aparılır.

İdarədən verilən məlumata görə, yoxlama və araşdırmaların nəticələrini əsas tutaraq Kürdəxanı qəsəbə mədəniyyət evinin direktoru Aygün Məmmədovaya yazılı xəbərdarlıq, Bibiheybət qəsəbə mədəniyyət evinin direktoru Günel Bəxtiyarovaya və Binəqədi mərkəzi mədəniyyət evinin direktoru Zivər Abbasovaya töhmət verilib.
Həmçinin, Əmircan qəsəbə Mədəniyyət evinin direktoru Afaq Bayramova və H.Abbasov adına Mədəniyyət evinin direktoru Kamal Qədimov tutduqları vəzifədən azad olunublar.

apa





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər