Koronavirusdan vəfat edən aktyor dəfn edilib
Tarix: 16-11-2021 14:53 | Bölmə: Mədəniyyət
Koronavirusdan vəfat edən aktyor dəfn edilib

Koronavirusdan vəfat edən tanınmış aktyor, Əməkdar artist Məcnun Hacıbəyov dəfn edilib.

Mərhum Qubanın İkinci Nügədi kəndinin qəbiristanlığında torpağa tapşırılıb/Report.

Qeyd edək ki, Məcnun Salam oğlu Hacıbəyov 1935-ci il oktyabrın 5-də Quba rayonun İkinci Nügədi kəndində doğulub. Orta təhsilini bu kəndin məktəbində alıb. O, 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsini bitirib.

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}