17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
“Siçanlar və adamlar” tamaşası təqdim olunacaq - Foto
Tarix: 18-01-2022 17:53 | Bölmə: Mədəniyyət
“Siçanlar və adamlar” tamaşası təqdim olunacaq

Yanvarın 22-də Müstəqil Şah Mat Teatrının səhnəsində Nobel mükafatlı Amerika yazıçısı John Steinbeckin “Adamlar və siçanlar” pyesi əsasında hazırlanmış “Siçanlar və adamlar” səhnə əsərinin premyerası olacaq.

Bu barədə Reyting.az-a teatrın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, teatrın bədii rəhbəri Mir Qabil Əkbərovun quruluş verdiyi səhnə işində obrazları Anar Bulud, Anar İbrahimov, Orxan Abışov, Fərid Vəliyev, Orxan Bakinskiy, Günel İmanova, Cavid Cavadzadə və Fuad Məmmədov ifa edir.

Xronometrajı 1 saat 10 dəqiqə olan səhnə işinin ssenari müəllifi Mirtalib Həsənov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə və musiqi tərtibatıçısı Fuad Məmmədovdur.

Absurd janrında qurulan yeni tamaşada işlәdiklәri rançodan qovulan Corc vә Lenni öz xәyallarını gerçәklәşdirmәk üçün növbәti rançoya işlәmәyә yollanırlar. Böyük böhran tәkcә maddi cәhәtdәn deyil, hәm dә mәnәvi cәhәtdәn bütün işçilәrә tәsir etmiş, onları dәyişərək bir-birindәn asılı tәnha insanlara çevirmişdir. Xәyalları gerçәklәşdirmәk üçün tәk ümid bu tәnhalıqdan qurtulmaqdır, lakin bu "Sizifin tәpәyә daşı tәkbaşına qaldırması" qәdәr çәtin olacaqdır.

Qeyd edək ki, tamaşa 16+ hazırlanıb. Tamaşanın biletlərini iticket.az saytından onlayn və ya tamaşa günü teatrın binasından əldə bilərsiniz.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}