18:28 / 09-10-2025
İtkin şəxslərlə bağlı beynəlxalq konfrans keçirilib
18:19 / 09-10-2025
PKK/YPG atəşkəsi 10 dəfədən çox pozub
18:01 / 09-10-2025
Keçmiş arvadını öldürmək istəyən 56 yaşlı şəxsə ağır cəza verilib
17:58 / 09-10-2025
Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü keçirilib - (Yenilənib) - Video, Fotolar
17:54 / 09-10-2025
Millimiz Özbəkistanla heç-heçə edib
17:50 / 09-10-2025
Bəzi ölkələrdən Azərbaycana quş ətinin idxalına məhdudiyyət qoyulub
17:26 / 09-10-2025
Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir
17:20 / 09-10-2025
Azərbaycanlı tiktoker ABŞ-da faciəvi şəkildə ölüb
17:13 / 09-10-2025
Putin Əliyevlə görüşdə: "Müttəfiqlik davam edəcək"
17:13 / 09-10-2025
Rusiyada 2875 nəfərin vətəndaşlığı ləğv edilib
16:58 / 09-10-2025
Orta ixtisas təhsili üzrə qeydiyyat müddəti uzadılıb
16:53 / 09-10-2025
Kiyevdə müharibəyə qarşı daimi sığınacaqlar tikilir
16:12 / 09-10-2025
"Ouşenin 14 dostu" filminin çəkilişlərinə başlayırlar
16:08 / 09-10-2025
Güclü külək olacaq - Xəbərdarlıq
16:05 / 09-10-2025
Putin: "Təyyarə qəzasının səbəblərinin araşdırılmasına hər cür yardım göstərilir"
16:01 / 09-10-2025
Zelenski: Putinin böyük müharibəyə başlama riski var
15:43 / 09-10-2025
Zəngin ailə media nəhəngindəki payını 537 milyon dollara satır
15:40 / 09-10-2025
AFFA bəzi klub və futbolçuları cəzalandırıb - Siyahı
15:28 / 09-10-2025
Macarıstanın mövqeyi dəyişir, Slovakiya isə…
15:13 / 09-10-2025
Yazıçı Nobel mükafatına layiq görülüb
15:07 / 09-10-2025
NATO ölkələri Rusiyanın təxribatlarına silahlı cavab vermək imkanını müzakirə edir
14:59 / 09-10-2025
Xalq artisti Əminə Yusifqızı vəfat edib
14:43 / 09-10-2025
Çin ABŞ-a əsas təzyiq rıçaqlarını işə salır
14:30 / 09-10-2025
Rusiyanın mühüm infrastrukturuna zərbələr endirilib
14:25 / 09-10-2025
Keçmiş MTN generalının yarım milyonluq evi hərraca çıxarılıb
14:18 / 09-10-2025
Ermənistan vətəndaşları hakim qarşısına çıxarılıblar
14:15 / 09-10-2025
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilir - (Yenilənib) - Fotolar
14:08 / 09-10-2025
Ağdərənin Vəngli kəndinə növbəti köç olub - (Yenilənib) - Fotolar
14:03 / 09-10-2025
Ağdamda dəbdəbəli yas məclisləri qadağan olunub
19:30 / 05-10-2025

23:50 / 04-10-2025

13:32 / 06-10-2025

20:49 / 06-10-2025

12:16 / 07-10-2025

13:14 / 05-10-2025

18:25 / 06-10-2025

12:19 / 07-10-2025

10:19 / 05-10-2025

23:48 / 06-10-2025

13:06 / 08-10-2025

Əlaqələrin möhkəmləndirilməsi - İsrafil Kərimov yazır
Tarix: 26-09-2023 10:42 | Bölmə: İsrafil KƏRİMOV

İsrafil KƏRİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Sentyabrın 25-də Naxçıvan şəhərində iki dost, qardaş və müttəfiq ölkə olan Azərbaycan və Türkiyə respublikaları arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə səbəb olacaq Azərbaycan və Türkiyə prezidentlərinin növbəti görüşü keçirilib. Bu səfər Azərbaycan və Türkiyənin sarsılmaz birliyini, həmrəyliyini bir daha dünyaya nümayiş etdirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri zamanı Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçirilib, sonra hər iki dövlət başçısı Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında və İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra iki dost, qardaş ölkə arasında əlaqələrin inkişafında möhkəm hüquqi baza olaraq əhəmiyyətli rol oynayan Azərbaycan-Türkiyə sənədləri imzalanıb.
Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı öz çıxışında qeyd edib ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi iki qardaş ölkə arasında münasibətlərin tarixində önəmli hadisədir və gələcək əlaqələrə yeni təkan verəcəkdir. Bu, həm də Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcəkdir.
Prezident İlham Əliyev vaxtı ilə TANAP layihəsinin təməlinin də birgə qoyulduğunu qeyd edərək Naxçıvana qaz kəmərinin çəkilməsi, Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanmasını da tarixi hadisə kimi qiymətləndirib. Bu layihələrin həyata keçirilməsi gələcəkdə Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir. Keçən il Azərbaycan və Türkiyə arasında 6 milyard dollardan çox olub. Bu ilin yeddi ayı ərzində isə dövriyyə daha 40 faiz artıb və artmaqda davam edir.
Qeyd edilməlidir ki, Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlar mövcuddur. Bu planların həyata keçirilməsindən sonra Naxçıvan yaşıl enerji zonasına çevriləcəkdir. Eyni zamanda Naxçıvanda həm günəş, həm külək, həm də su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır.
Prezidentlərin görüşündə Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, yaxın aylarda bu yolun imkanları 1 milyon tondan 5 milyon tona qədər artırılacaqdır.
Bu gün Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası uğurla davam edir və Azərbaycan ərazisində işlər gələn ilin sonunda başa çatdırılacaqdır.

Görüşdə həm də sentyabrın 19-da Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirlərindən də danışılıb. 23 saat ərzində keçirilən bu tədbirlər nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, ölkəmizin şərtlərini qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Bu hadisədən çox az vaxt keşməsinə baxmayaraq artıq Azərbaycandan onun Qarabağ bölgəsinə, orada yaşayan erməni əhalisinə humanitar yardımlar - yanacaq - neft, dizel, benzin, ərzaq məhsulları, dərman preparatları və digər humanitar yardımlar göndərilməsinə başlanılıb və bu, bir daha onu göstərir ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir.
Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatları iki qardaş ölkənin münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə bir daha işıq saldı. Prezident İlham Əliyev mətbuata bəyanatında diqqəti bu günlərdə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinə yönəldərək bildirdi ki, “Əziz qardaşım, bu hadisə baş verəndə Siz Amerikada, Nyu-Yorkda idiniz, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdiniz və orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz: Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır.
İkinci Qarabağ müharibəsi zamanı Siz və bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır”,- deməyiniz bir çoxları üçün ciddi siqnal idi, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq”.
Qardaş ölkənin prezidentinin paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrinə də səfər etməsi, bu məkanlarda qarşılanmaqdan qürur hissi keçirməsi münasibətlərimizin möhkəm təməl üzərində uğurlu inkişafından xəbər verir. Rəcəb Tayyib Ərdoğan bu qardaşlığı “Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk”,- fikirləri ilə ifadə edib.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - İsrafil KƏRİMOV
Bölməyə aid digər xəbərlər