Məhkəmə Qubad İbadoğlunun şikayətini təmin etməyib
Tarix: 23-02-2024 18:27 | Bölmə: Siyasət
Məhkəmə Qubad İbadoğlunun şikayətini təmin etməyib

Fevralın 23-də Bakı Apellyasiya Məhkəməsi müxalif siyasətçi və iqtisadçı-alim Qubad İbadoğlunun həbs müddətinin üç ay uzadılmasına qarşı şikayətini təmin etməyib.

Bundan öncə Apellyasiya Məhkəməsi İbadoğlunun iyulun 23-də saxlanıldığı zaman götürülmüş mobil telefonu istintaq orqanının geri qaytarmaması barədə digər şikayətini təmin etməyib.

Reyting.az xəbər verir ki, bunu “Turan”-a siyasətçinin qardaşı Qalib Bayramov bildirib.

Onun sözlərinə görə, İbadoğlunun vəkilləri siyasətçiyə effektiv tibbi yardımın göstərilməməsi və onun xəstəxanaya yerləşdirilməsindən imtina edilməsilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə yeni şikayət göndəriblər.

Xatırladaq ki, 23 iyul 2023-cü ildə Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunu 3 ay 26 gün müddətinə həbs edib. O, saxta pulların hazırlanmasında (Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi), həmçinin ekstremizmyönlü materialların saxlanması və yayılmasında (167-3.1-ci maddə) ittiham olunub.

Bəzi ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri Qubad İbadoğlunu azad etməyə çağırıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}