Əli Xamneyi: “Suriyadakı hücuma görə İsraildən qisas alınacaq”
Tarix: 02-04-2024 16:58 | Bölmə: Siyasət
Əli Xamneyi: “Suriyadakı hücuma görə İsraildən qisas alınacaq”

İranın ali dini lideri Seyid Əli Xamneyi Suriyadakı hücuma görə İsraildən qisas alınacağını bildirib.

Reyting.az
xəbər verir ki, Xamneyi “İsrail buna peşman olacaq” deyib.

İran prezidenti İbrahim Rəisi də “Hücum cavabsız qalmayacaq”,- söyləyib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə İsrailin beynəlxalq hüququ pozduğuna diqqət çəkib. Onun sözlərinə görə, İsrail bunun nəticələrini çəkəcək.

Digər ölkələr də İsrailin hərəkətinə reaksiya verib. Rusiya, Pakistan, Qətər, Oman, İordaniya, İraq və Səudiyyə Ərəbistanı İsrailin İranın diplomatik missiyasına hücumunu pisləyib.

Netanyahu administrasiyası hücumla bağlı heç bir açıqlama verməyib.

İsrail mətbuatının məlumatına görə, Təl-Əviv diplomatik nümayəndəliklərini xəbərdar edib. ABŞ isə “hücumla heç bir əlaqəmiz yoxdur”,- deyib.

Xatırladaq ki, İsrailin “F-35” təyyarələri dünən İranın Suriyadakı konsulluğunu raketlə vurub. Dəməşqdəki səfirliyinin binasında yerləşən diplomatik nümayəndəlikdə olan 7 nəfər ölüb. Onların arasında yüksək çinli hərbçilər də olub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}