İsa Qəmbər deputatlığa namizəd olmayacaq
Tarix: 17-07-2024 16:13 | Bölmə: Siyasət
İsa Qəmbər deputatlığa namizəd olmayacaq

Müsavat Partiyasının başqanı İsa Qəmbər sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Reyting.az
-ın xəbərinə görə, bu barədə İsa Qəmbər özü məlumat verib.

“Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak üçün namizədlərin irəli sürülməsini, əsasən, yekunlaşdırıb. Artıq 34 namizədimiz var. Mən bu dəfə namizədliyimi irəli sürməyəcəyəm, Müsavat Partiyasının seçkilərdə iştirakına ümumi rəhbərlik edəcəyəm və namizədlərimizə dəstək verəcəm”, - deyə o bildirib.(APA)

Onu da qeyd edək ki, Müsavat Məclisinin sədri Arif Hacılı da sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyini verməyəcək.




Bölməyə aid digər xəbərlər