Əvəz Zeynallı ilə Elnur Şükürov hökmdən şikayət veriblər
Tarix: 24-09-2024 10:30 | Bölmə: Siyasət
Əvəz Zeynallı ilə Elnur Şükürov hökmdən şikayət veriblər

Jurnalistlər - Əvəz Zeynallı və Elnur Şükürovun barəsindəki hökmdən şikayət verilib.

Məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb(Pravda).

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il azadlıqdan məhrum ediliblər. Əvəz Zeynallının evində axtarış zamanı götürülmüş 16 min manat dövlət nəfinə müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.




Bölməyə aid digər xəbərlər