13:15 / 22-10-2024
Sabah yağış yağacaq
Baydenin bəyanatları təxribat xarakterli və təhlükəlidir - İrəvani
Tarix: 22-10-2024 10:59 | Bölmə: Siyasət
Baydenin bəyanatları təxribat xarakterli və təhlükəlidir

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının üzvlərinə və təşkilatın Baş katibi Antonio Quterreşə məktub göndərib.

Reyting.az
-ın məlumatına görə, İrəvani məktubunda qeyd edib ki, ABŞ Prezidenti Bayden Berlində verdiyi açıqlamada İsrailin İrana hücumu ilə bağlı məlumatlara malik olduğunu bildirib.

İrəvani yazır ki, bu, İsrailin İrana qarşı qeyri-qanuni hərbi təcavüzünü ABŞ-nın üstüörtülü şəkildə bəyənməsi və ona dəstək verməsidir.

Daimi nümayəndə qeyd edib ki, Baydenin bəyanatı ABŞ-nın regional gərginliyi azaltmaq istədiyi ilə bağlı iddialarına da ziddir. İrəvaninin fikrincə, Baydenin sözügedən bəyanatları təxribat xarakterli və təhlükəlidir.

İrəvani xəbərdarlıq edib ki, ABŞ-nın İsrailə qabaqcıl silahlar və hərtərəfli hava hücumundan müdafiə sistemləri verməsi ABŞ-ı tərəfdaşa çevirəcək.

BMT Təhlükəsizlik Şurasının sözügedən təxribatı pisləməli olduğunu vurğulayan İrəvani tələb edir ki, ABŞ beynəlxalq hüquqa və BMT Nizamnaməsinə əməl etsin.

Qeyd edək ki, Bayden Almaniyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında bir jurnalistin “İsrailin İrana hücumunun necə və nə vaxt baş verəcəyi ilə bağlı məlumatınız varmı?” sualına “hə” cavabını verib. Amma suallara baxmayaraq, Bayden İsrailin hücum planı haqqında məlumat verməkdən yayınıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}