16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bu gün İranda amerikalı casus azad ediləcək
Tarix: 11-06-2019 14:07 | Bölmə: Siyasət
Bu gün İranda amerikalı casus azad ediləcək

İranda həbs olunmuş livanlı İT mütəxəssisi Nizar Zakka bu gün azad ediləcək.

Reyting.az
“New York Times”-a istinadla xəbər verir ki, Livanın Baş Təhlükəsizlik İdarəsinin müdiri Abbas İbrahimin sözlərinə görə, Zakka Beyruta dönəcək.

Rəsmi Tehran bu qərarı "Hizbullah”ın baş katibi Həsən Nəsrullahın vasitəçiliyi ilə qəbul edib.

Nizar Zakka 2015-ci ildə İslam İnqilabçıları Keşikçiləri Korpusunun həbs etdiyi Amerika casusudur. O, 2016-cı ildə 10 il həbs cəzasına məhkum edilib. Bundan başqa, 4,2 milyon dollar cərimələnib.

Zakkanın ailəsi onu azad etmək təşəbbüsünə görə Livan prezidenti Mişel Aun və xarici işlər naziri Cəbran Bassilə təşəkkür edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}