Ukraynalı teleaparıcı da Putini təhqir etdi
Tarix: 12-07-2019 22:43 | Bölmə: Siyasət
Ukraynalı teleaparıcı da Putini təhqir etdi

Ukraynanın “24 kanal”ının teleaparıcısı Artyom Ovdienko Rusiya prezidenti Vladimir Putini açıq şəkildə təhqir edib.

Reyting.az-ın Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, o, ədəbsiz ifadələr işlətdiyi videonu özünün Facebook səhifəsinə yerləşdirib.

Jurnalist çarxı Gürcüstanın “Rustavi 2” kanalı ilə telekörpünün qeyri-rəsmi anons versiyası adlandırıb.

Məlum olduğu kimi, “Postkriptum” proqramının aparıcısı Georgi Qabuniya efirdə Putinin ünvanına təhqiredici ifadələr işlətməsi səbəbindən işindən uzaqlaşdırılıb.

“Sən hər yerə soxulursan. Ukraynaya, Gürcüstana, Moldovaya. Sənin öz ölkəndə problem xirtdəyəcəndir”, - ukraynalı jurnalist söyləyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}