Nazir Baş katib və müavinlərinə medal verdi
Tarix: 04-09-2019 17:56 | Bölmə: Siyasət
Nazir Baş katib və müavinlərinə medal verdi

Xarici İşlər nazir Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Reyting.az-a verilən məlumata görə, nazir Azərbaycanın Türk Şurasının banilərindən biri olduğunu vurğulayaraq hazırda da bu qurumun digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi üçün əməli dəstəyin davam etdirildiyini bildirib.

O, rəsmi Bakının Türk Şurasının fəaliyyətinə önəmli töhfə verdiyini qeyd edərək cari ilin oktyabr ayında Bakıda baş tutacaq Türk Şurası Zirvə toplantısının keçirilməsi ilə əlaqədar müvafiq hazırlıq tədbirlərinin görüldüyünü vurğulayıb.

Öz tərəfindən Bağdad Amreyev Azərbaycanın Türk Şurasının daha da inkişaf etdirilməsi istiqamətində səylərini yüksək dəyərləndirdiyini diqqətə çatdırıb.

Görüşdə tərəflər Türk Şurasının qarşıdan gələn Bakı zirvə görüşünə hazırlıq məsələləri ilə bağlı ətraflı müzakirələr aparıb.

Görüşün sonunda E.Məmmədyarov B.Amreyevə, habelə onun müavinləri Qismət Gözəlov və Ömer Kocamana "Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi” ilə əlaqədar yubiley medallarını təqdim edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər