11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Sabir Rüstəmxanlı: “Türk ordusunun anti-terror əməliyyatı bizə nümunə olmalıdır”
Tarix: 10-10-2019 15:51 | Bölmə: Siyasət
Sabir Rüstəmxanlı: “Türk ordusunun anti-terror əməliyyatı bizə nümunə olmalıdır”

“Türk ordusunun Suriyada terrorçulara qarşı hərbi əməliyyata başlaması bizə bir nümunə olmalıdır”.

Bu fikirləri Reyting.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı deyib.

Dağlıq Qarabağ problemindən danışan müsahibimizin sözlərinə görə, bu münaqişə ilə bağlı 30 ildir ki, danışıqlar gedir. Onun fikrincə, hər dəfə görüş keçirəndə yerli mətbuat danışıqlar prosesində canlanmanın olduğunu, ermənilərin 3 və ya 5 rayonumuzu qaytaracağını bəyan edir: “Sanki pay gözləyirik. Paşinyan gəlib Şuşada meymunluq edir. Bu, bizim torpağımızdır və onun uğrunda mübarizə aparmalıyıq. Təəssüflər olsun ki, dünya ermənilərə yardım üçün münaqişənin həllini diplomatlara tapşırıb. Onlar da ermənilərin yalanlarının təsiri altındadır, bir çoxu da ermənilərə yardım ediblər. Rusiya da, Fransa da, Amerika da ermənilərə yardımlar ediblər”.

S. Rüstəmxanlı arzusunu da dilə gətirib:

“Mənim arzum budur ki, Türkiyədə olduğu kimi, Azərbaycan Prezidenti də torpaqlarımızın işğaldan azad edilməsi üçün addım atsın və Azərbaycan müxalifəti də bəyan etsin ki, Prezidentin arxasındadır. Hesab edirəm ki, türk ordusunun dünən başladığı əməliyyat bizə nümunə ola bilər. Fikrimcə, bizdə də belə bir addım atılarsa millətimiz bütövlüklə dövlətin arxasında dayanar. Hərçənd, bunu istəməyən qüvvələr və ya qruplar ola bilər. Amma Azərbaycanda normal və ciddi qüvvələr bir olar, dövlətin marağı baxımından hakimiyyətin atdığı addımı müdafiə edər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}