17:22 / 28-12-2024
Gürcüstanda zəlzələ olub
Lukaşenkodan şok təklif: “Rusiya Belarusa birləşsin”
Tarix: 14-02-2020 17:21 | Bölmə: Siyasət
Lukaşenkodan şok təklif: “Rusiya Belarusa birləşsin”

Belarus prezidenti Aleksandr Lukaşenkonun təklif etdiyi inteqrasiya formatına görə Rusiya Belarusun tərkibinə daxil olmalıdır.

Reyting.az
Rusiya KİV-nə istinadla bildirir ki, bu barədə özünün “Telegram” kanalında jurnalist Dmitri Smirnov məlumat yayıb.

“Vahid dövlət mümkündür - əgər Rusiya Belarusun tərkibinə daxil olarsa, əgər Belarus prezidenti bu birləşmiş dövlətin prezidenti olarsa. Əgər biz bu alternativi rusiyalılara təklif etsək, onlar imtina etməyə bilərlər”, - Belarus lideri zarafatla deyib.

Fevralın 12-də “Bloomberg” agentliyi xəbər yayıb ki, Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarına Rusiya və Belarusun birləşərək, güclü dövlət yaratmasını təklif edib. Agentliyin digər məlumatına görə, Lukaşenko buna qəti şəkildə etirazını bildirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər