12:52 / 08-05-2024
Sabah yağış yağacaq
Müsavatçının deputata qarşı şikayətinə baxılıb
Tarix: 23-02-2020 17:13 | Bölmə: Siyasət
Müsavatçının deputata qarşı şikayətinə baxılıb

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 11 saylı Qaradağ seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

İclasda bildirilib ki, həmin dairə üzrə namizəd Səxavət Soltanlı müraciətdə həmin dairə üzrə seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK üzvü Qabil Orucov bildirib ki, müvafiq dairə seçki komissiyası tərəfindən aparılan araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları öz təsdiqini tapmayıb və seçicilərin iradəsinə təsir edəcək hər hansı bir hal qeydə alınmayıb.

Q.Orucov təklif edib ki, şikayət əsassız hesab edilsin və DK-nın qərarı qüvvədə saxlanılısın. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd deputat Aydın Hüseynovdur/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}