Azərbaycanın Gürcüstandakı səfirliyində "qaynar xətt" yaradılıb
Tarix: 15-03-2020 15:06 | Bölmə: Siyasət
Azərbaycanın Gürcüstandakı səfirliyində "qaynar xətt" yaradılıb

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində "qaynar xətt" yaradılıb.

Bu barədə səfirlikdən bildirilib.

"Qaynar xətt" (+995 577 06 50 50) vasitəsilə Gürcüstanda səfərdə olan Azərbaycan vətəndaşlarının mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması təmin olunacaq.

Qeyd edək ki, martın 14-dən etibarən Azərbaycan və Gürcüstan arasında gediş-gəliş 10 gün müddətinə məhdudlaşdırılıb. Hər iki tərəf vətənə dönmək istəyən vətəndaşların qayıtmasını təmin edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}