Ermənilər azərbaycanlı deputata müraciət etdi: "Dağlıq Qarabağda koronavirusa yoluxma halları gizlədilir"
Tarix: 25-03-2020 14:49 | Bölmə: Siyasət
Ermənilər azərbaycanlı deputata müraciət etdi: "Dağlıq Qarabağda koronavirusa yoluxma halları gizlədilir"

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri, deputat Tural Gəncəliyev açıqlama yayıb.

Reyting.az
-ın məlumatına görə, T. Gəncəliyev bildirib ki, son günlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasının bir sıra üzvləri seçkili nümayəndə kimi ona müraciət edərək (təhlükəsizlik baxımından adları açıqlanmır) Dağlıq Qarabağda kəskin respirator infeksiyaya, pnevmoniyaya yoluxmuş şəxslərin sayının artması, səhiyyə infrastrukturunun acınacaqlı vəziyyəti, testlərin olmaması, tibbi heyətin çatışmaması barədə məlumat verib, Ermənistanın və qanunsuz rejimin koronavirusa (COVID-19) yoluxma hallarını əhalidən gizlətməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

“Mən seçkili nümayəndə olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməni icmasına koronavirusdan müdafiə olunmaq üçün fərdi gigiyena qaydalarına, özünütəcrid, sosial məsafə kimi tədbirlərə ciddi surətdə riayət etməyə çağırıram. Əminəm ki, Ermənistanın işğalı başa çatdıqdan sonra Azərbaycan dövləti ölkəmizin Dağlıq Qarabağ bölgəsində səhiyyə infrastrukturunu yenidən quracaq və hər iki icma müasir standartlara cavab verən tibb sisteminin imkanlarından bəhrələnəcəklər”, - deyə T. Gəncəliyev vurğulayıb.(Mənbə: APA)




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}